EN

Azərbaycanda 31% onkoloq var, bu da çox aşağı göstəricidir - Nəsimi Qasımov

Azərbaycanda 31% onkoloq həkim var, bu da çox aşağı göstəricidir. Bunu Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının sabiq Baş həkimi Nəsimi Qasımov deyib.

"Onkoloq ştatlarımız boşdur. Cəmi 31% onkoloq var.  Bu da 10 milyon əhali üçün heç də ürəkaçan deyil. Rayonlarda  onkoloji fəaliyyət göstərən mərkəzlər yox vəziyyətindədir. Hətta bir neçəsi ləğv olunub. Bu da xəstələrin Bakıya və digər xarici ölkələrə üz tutmasına gətirib çıxarır.", - Qasımov  oktyabrın 27-də İkinci beynəlxalq Bakı süd vəzi xərçəngi konqresində bildirib. 
 
Aytac Zeynalova 

www.anews.az
Chosen
344
20
anews.az

10Sources