EN

Anna Başta “Top- 33”də

Azərbaycan millisinin qılıncoynadanı Anna Başta dünya reytinqində 33-cü yerdədir.

İdman.biz xəbər verir ki, onun aktivində 48,000 xal var.

Başta cari mövsüm beynəlxalq arenada medal hesabını hələ açmayıb. Onun son yarışı Lüksemburqda keçirilən Avropa lisenziya turniri olub. Anna yarışda zədələnərək 5-ci yeri tutub. Hazırda bərpa prosesi keçən qılıncoynadan ikinci Olimpiadasına hazırlaşır.

Qeyd edək ki, reytinq cədvəlinə yaponiyalı Misaki Emura başçılıq edir. Fransalı Sara Balzer ikinci, yunanıstanlı Teodora Qkountura isə üçüncüdür.

İdman.biz

Chosen
58
1
idman.biz

3Sources