EN

Ukrayna aviasiyası tamamilə məhv edilə bilər

Rusiya Silahlı Qüvvələri aerodromlara zərbələr endirərək Ukrayna ordusuna son dərəcə ağır ziyan vurur. Əgər belə davam edərsə, tezliklə Ukrayna aviasiyası tamamilə məhv edilə bilər.

Publika.az xəbər verir ki, bu fikirlər britaniyalı hərbi ekspert Devid Axın "Telegraph" üçün yazdığı məqaləsində yer alıb.

Onun sözlərinə görə, Rusiya dəhşətli üç gün ərzində Ukraynanın kiçik, darmadağın edilmiş Hərbi Hava Qüvvələri arasında çaxnaşma yaradıb:

“Rusiya cəbhə xəttindəki aerodromları kəşf etmək üçün havaya pilotsuz təyyarələr göndərdi və dəyişdirilməsi çox çətin olan ballistik raketlərlə təyyarələri məhv etdi”.

Ekspert qeyd edib ki, Rusiya Silahlı Qüvvələri Ukraynada F-16 və Mirage 2000 qırıcılarını hansı aqibətin gözlədiyini inandırıcı şəkildə nümayiş etdirdi.

O bildirib ki, ABŞ və Fransa təyyarələri Ukrayna ərazisinə çatan kimi Rusiya raketləri tərəfindən məhv ediləcək.

Chosen
201
2
publika.az

8Sources