EN

ABŞ-nin Ermənistandakı səfiri Azərbaycanla sərhədə gəldi

Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin Ermənistandakı səfiri Kristina Quinn Avropa Birliyinin mülki missiyası ilə sərhəddəki vəziyyəti nəzərdən keçirib.

Hafta.az xəbər verir ki, bu haqda news.am səfriliyin “Facebook” səhifəsinə istinadla məlumat yayıb.

“Birləşmiş Ştatlar davamlı və ləyaqətli sülhün bərqərar edilməsi istiqamətində Ermənistan və Azərbaycanın əldə etdiyi irəliləyişi alqışlayır”, - ABŞ-ın Ermənistandakı səfirliyi bildirib.

Xatırladaq ki, dünən – iyulun 10-da ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda görüş keçirilib. Bildirilib ki, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.

Chosen
200
50
hafta.az

10Sources