EN

Premyer Liqada 2024/2025 mövsümünün püşkü atıldı - “Qarabağ” və “Neftçi”...

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün püşkatma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan mərasimdə PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, bu qurumun media və marketinq direktoru Sənan Abdullayev, həmçinin Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak edib.

E.Abbasov yeni mövsümlə bağlı müəyyən məlumatlar verib. Daha sonra peşkatmaya start verilib.

33-cü dəfə keçiriləcək və 10 komandanın - “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Şamaxı”nın iştirak edəcəyi çempionatın ilk turunda aşağıdakı cütlüklər qarşılaşacaq:

2024/2025 mövsümünə avqustun 2-də start veriləcək.

I tur

"Araz-Naxçıvan" - "Qarabağ"
"Şamaxı" - "Sabah"
"Zirə" - "Səbail"
'Neftçi" - "Turan -Tovuz"
"Sumqayıt" - "Kəpəz"

Chosen
68
9
sportinfo.az

10Sources