İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Ceykob Blitşteyn ilə görüşüb.
Bununla bağlı M.Cabbarov rəsmi “Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
“İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Ceykob Blitşteyn ilə görüşdə birgə iqtisadi fəaliyyətin potensial sahələrdə genişləndirilməsi ilə bağlı məsələləri nəzərdən keçirdik:
• İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması;• İşgüzar dairələr arasında əlaqələrin gücləndirilməsi;• Ticarət, sənaye, innovasiya və rəqəmsal sahələrdə əməkdaşlığın təşviqi”.
KAİM.az