EN

“Azərbaycan Olimpiya Evi”ndə tədbir

Parisdə XXXIII Yay Olimpiya Oyunları çərçivəsində "Azərbaycan Olimpiya Evi"ndə tədbir keçirilib. Sport42.az xəbər verir ki, tədbirdə iştirak edənlər arasında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, gənclər və idman nazirinin müavini Mariana Vasileva, bir çox ölkələrin Milli Olimpiya komitələrinin nümayəndələri, idmançılar və başqa qonaqlar olub.
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, Avropa Olimpiya Komitələrinin (AOK)-un baş katibi Rafael Paqnozzi tədbirdə çıxış edərək Azərbaycan idmanının inkişafından, idmançılarımızın Olimpiya Oyunlarında əldə etdiyi uğurlardan bəhs ediblər.
Tədbirdə Paris-2024 Yay Olimpiya Oyunlarının çempionu Hidayət Heydərov alqışlarla qarşılanıb və xatirə şəkilləri çəkilib.
 

Chosen
94
10
sport24.az

10Sources