EN

Millimiz Fransaya məğlub oldu

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, yığma 3-cü turda Fransa ilə qarşılaşıb və 10:15 hesabı ilə uduzub

Qeyd edək ki, Azərbaycanın növbəti görüşünü bu gün Almaniya millisinə qarşı keçirəcək. Sözügedən matç 20:30-da başlayacaq.

Milli hazırda 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, təmsilçimiz ilk turda Ispaniyaya 16:18 hesabı ilə uduzub. Növbəti qarşılaşmada isə ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib

Chosen
73
1
sportal.az

10Sources