EN

“Sabahkı oyuna yaxşı hazırlaşmışıq” - Renduliç

“Sabahkı oyuna yaxşı hazırlaşmışıq”.

Rekord.az xəbər verir ki, bunu "Sabah" klubunun baş məşqçisi Krunoslav Renduliç Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Sent Patriks Atletik”lə (İrlandiya) cavab matçından öncə mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis şansları dəyərləndirib:

"Sabah bizim üçün çətin oyun olacaq. Növbəti mərhələyə yüksəlmək şansımız davam edir. Görüşə yaxşı hazırlaşmışıq. Heyətdə müəyyən itkilər var. İrlandiyada istədiyimiz oyunu sərgiləyə bilmədik. İkinci yarıda azlıqda qaldıqdan sonra qarşılaşma bizim üçün yaxşı keçmədi".

"Sabah" - "Sent Patriks Atletik" matçı avqustun 15-də, saat 20:00-da “Bank Respublika Arena”da keçiriləcək. İlk oyunda İrlandiya təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Chosen
93
7
rekord.az

8Sources