RU

Günün ULDUZ FALI: səhhətinizdə ciddi problemlər yarana bilər

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - günün ilk yarısında qətiyyətli və iradəli olsanız, ciddi uğurlara nail ola bilərsiniz. İrəliyə doğru hərəkətinizə mane ola biləcək heç nə yoxdur. Ən güclü rəqibi belə, məğlub etmək imkanlarınız var. Yaxın ətrafınızdakı insanlar məsləhətlərinizə qulaq asanacaqlar.

Bu insanlarla sayğılı davranın.

Günün ikinci yarısında mənfi təmayüllərin təsiri güclənir. Pulları ağılla xərcləyin. Gəlir vəd etməyən anlaşma və sövdələşmələri müzakirə etməyin. Yaxınlarınızla münasibətləri korlamayın. Sonradan ümumi dil tapmaq çətin olacaq.

Buğa - qeyri-standart və orijinal işlər üçün əlverişli zamandır. Problemlərin həllinə yaradıcı yanaşın. Rutin və yeknəsək işləri yerinə yetirərkən astagəllik etməyin. Orijinal, hətta ekstravaqant olmaqdan qorxmayın. Yaxın ətrafınızdakı insanlar sizi sərt tənqid etməyəcəklər.

Günün ikinci yarısı ünsiyyət üçün münasibdir. Maraqlı görüşlər və yeni tanışlıqlar istisna deyil. Dəvət aldığınız tədbirlərə qatılın. Vaxtınızı sərfəli keçirməklə yanaşı, maraqlarınızı, yaşamın müəyyən sahələrinə baxışlarınızı bölüşən insanlarla qarşılaşa bilərsiniz.

Axşam saatlarında aktiv olun.

Əkizlər - səbrli və təmkinli olun. Önəmli qələbələr və sürətli irəliləyişlər vəd edən gün deyil. Niyyətinizə, məqsədinzə çatmaq üçün vaxt gərəkdir. Boş söhbətlərə qatılmayın, yoxlanmamış məlumatları yaymayın. Sözlərinizdə həddən artıq diqqətli olun.

Önəm verdiyiniz insanlarla yaxşı münasibətləri qorumaq üçün ehtiyatlı davranın.

Günün ikinci yarısı yeni tanışlıqlar üçün əlverişli deyil. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Olayları dürüst qiymətləndirin. Sevdiyiniz insana vaxt ayırın. Onun dəstəyinizə ehtiyacı var.

Xərçəng - gərgin və fəaliyyət üçün o qədər də münasib zaman deyil. Şəxsi problemləri həll etmək, münasibətləri normallaşdırmaq olar. Yaxınlarınızla təmaslarınızda qayğıkeş olun. Diqqəti işlərə yönəldin. Belədə ciddi səhvlərdən qurtula bilərsiniz.

Diqqətsizlik maliyyə itkiləri yaratmamalıdır. Mənasız və əsassız xərclər istisna deyil.

Günün ikinci yarısında yaşanacaq hadisələrin nəticələri yaxın vaxtlarda hadisələrə təsir edə bilər. Düşünülməmiş addımlar atmayın. Hər addımınızı götür-qoy edin.

Şir - başladığınız işləri nəzərdə tutduğunuz vaxtda bitirmək asan deyil. Geri çəkilməyin, təslim olmayın. İşgüzar danışıqlarda irəliləyişə nail olmaq istəyirsinizsə, diqqətli və həssas davranın. Şəxsi maraqlarınızı peşəkar fəaliyyətdəki məqamlarla qarışdırmayın. Belədə uğur qazanacaqsınız.

Günün ikinci yarısında zahiri görkəminizə xüsusi diqqət verin. Rəğbət bəslədiyiniz insanda özünüzlə bağlı xoş təəssürat yarada bilərsiniz.

Problemlərə stoik yanaşın. Əyləncə və istirahətə çox pul xərcləməyin. Qənaətcil olun.

Qız - qəfil olaylara hazır olsanız, məhsuldar çalışa biləcəksiniz. Planlarda dəyişiklik zərurəti yaranarsa, çaşbaş qalmayın. İşdə həmkarlar və rəhbərliklə münasibətləri normallaşdırın. İşgüzar tərəfdaşların istəklərini qulaqardına vurmayın. Peşəkar fəaliyyət müstəvisində mövqeləriniz daha səbatlı ola bilər.

Günün ikinci yarısı uzunmüddətli anlaşmalar və razılaşmalar üçün pis deyil.

Bütün işlərin öhdəsindən təkbaşına, müstəqil gəlməyə çalışmayın. Dostların təklif etdikləri yardımlardan faydalanmağı unutmayın. Maliyyə fonu yaxşı deyil. Nəzərdə tutulmuş xərcləri təxirə salın.

Tərəzi - müəyyən uğurlara rəğmən gün o qədər də yaxşı deyil. Qələbələrinizi kiçik saya bilərsiniz. Məğlubiyyətlərinizi fəlakət hesab etməyin. Əslində belə deyil. Günün hadisələrini sonradan müzakirə etsəniz, anlayacaqsınız ki, dəyərli, gələcəkdə faydalana biləcəyiniz təcrübə əldə edibsiniz.

Избранный
154
50
publika.az

10Источники