RU

Günün qoroskopu: səhv riski böyükdür

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:

Qoç - asan gün deyil. Ən mühüm məsələ yaxın ətrafınızdakı insanlarla münasibətləri aydınlaşdırmaqdır. Etibar edə biləcəyiniz insanın kim olduğunu anlamağa çalışdın. Yeni müttəfiqlər aramağa dəyməz. Yanlışlıq və səhv riski böyükdür.

Günün ikinci yarısında insanların dəyərləndirilməsinə emosiyaların hökmü ilə qərar verməyin. Sınanmış müttəfiqlər və tərəfdaşların yardımlarına bel bağlamaq olar. Amma unutmayın ki, ən çətin anlarda işləri təkbaşına görməli olacaqsınız.

Yaxınlarınızın qayğı və diqqətinə ehtiyacınız var. Laqeydlik münasibətlərdəki incikliyə, problemlərə səbəb ola bilər. Təşəbbüskar olun. Axşam saatlarında ailə üzvləri və yaxınlarla istirahət edin.

Buğa - müsbət təmayüllərin təsiri az deyil. Gün uğurludur. Rəqibləri üstələyin. Bədxahları geridə qoyaraq məqsədə doğru sürətlə irəliləyin. Kiçik və önəmsiz məsələlərdə güzəştə getmək olar. Önəmli və həqiqətən də, mühüm məsələlərdə isə zərrə qədər geri çəkilməyin. Məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edin.

Günün ikinci yarısı ünsiyyət və təmaslar üçün əlverişlidir. Tanışlıq istisna deyil. Dəvət aldığınız tədbirə axşam saatlarında yollanın. Diqqət mərkəzində olacaqsınız.

Əkizlər - çətinliklərin sayı az deyil. Problemlər əhvalınızı korlayacaq. Yaxın ətrafınızdakı insanlarla münasibətləri korlamayın. Sərt tənqidlər və iradlar zamanı deyil. Diskomfort situasiyada təmkininizi itirməyin. Dəyişikliklər etməyin mümkün olduğu sahələri bəlirləyin.

Günün ikinci yarısında soyuqqanlı davranın. Şayiələrə və dedi-qodulara fikir verməyin. Aldığınız hər xəbəri yoxlayın. Bədxahlarla rəqiblər sizi aldatmağa, fırıldaqlarına qurban etməyə çalışacaqlar. Düşünülməmiş addımlar atmayın.

Xərçəng - peşəkar fəaliyyət sahəsində problemlərə yol verməməyə çalışın. Diqqəti işə yönəldin. Səhvləri sıralamayın, emosional davranmayın. İşdə həmkarlar, özəl fəaliyyət müstəvisində tərəfdaşlar və dostlar yaxşı məsləhətlər verəcəklər.

Yalnız öz intuisiyanıza güvənməyin. Belədə kobud səhvə yol verə bilərsiniz.

Günün ikinci yarısında sövdələşmə və anlaşmalar məsləhət deyil. Yeni layihələrə başlamayın. Bir zaman sizi aldadan, yalan danışan insanla əməkdaşlığı bərpa etməyin.

Axşam saatlarında tənbəllik etsəniz, əhvalınızın yaxşılaşacığını düşünməyin. Özünüzə maraqlı məşğuliyyət tapın.

Şir - çətinliklərdən xali olmayan gündür. Müşküllərə rəğmən əhvalınızı qoruyun. İşlər məcradan çıxarsa, bədbinliyə qapılmayın. Nikbinlik və təmkin sizi tərəfdaşların nəzərində daha səbatlı, etibarlı insana çevirəcək. Sizi tərifləyəcəklər.

Günün ikinci yarısında işdə münasibətlərin normallaşması istisna deyil. Yeni münasibətlər formalaşa bilər.

İşgüzar görüşlər pis keçməyəcək. Dedikləri və mövqeyi sizə önəmli olan insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa çalışın. Sərfəli anlaşmalar ola bilər. Nəqliyyat vasitəsi almaq olar.

Qız - ən mürəkkəb məsələlərin həlli üçün əlverişli gündür. Yaşananları, ətrafınızda baş verənləri diqqətlə müşahidə edin. Başqalarının gördükləri, amma fikir vermədikləri faktlarla olaylar nəzərinizdən yayınmasın. Önəmli qərar qəbul etməzdən əvvəl yaxınlarınızla məsləhətləşin. Başqalarının təcrübəsi sizi yeni səhvlərdən qoruya bilər.

Günün ikinci yarısında yeni tanışlıqlar istisna deyil. Təmaslarda diqqətli olun. Çoxları sizinlə müzakirələr apara bilər. Fəqət dil tapa biləcəyiniz insan az olacaq. Yaradıcılıq üçün münasib zamandır. Yeniliklər və dəyişikliklər üçün yaranmış şansı əldən verməyin.

Yaşamınızdakı rutinlikdən qurtulun.

Избранный
167
50
publika.az

10Источники