RU

Həddindən artıq su qəbuluna diqqət - Hiponatremi nədir?

ABŞ-da aparılan bir araşdırma, məşhur inancın əksinə olaraq, həddindən artıq su qəbulunun zərərli ola biləcəyini ortaya qoydu.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, xüsusilə idman zamanı su içmək ölümlə nəticələnə bilər.

Tədqiqat, həddindən artıq su qəbulunun hiponatremi adlı bir vəziyyətə səbəb ola biləcəyini qeyd edib.

Hiponatremi bədəndə natrium səviyyəsinin aşağı olduğu bir vəziyyətdir. Bu, xüsusilə çox su içən idmançılarda və həddindən artıq tərləmə nəticəsində natrium itirən şəxslərdə baş verə bilər. Hiponatremi ciddi bir vəziyyətdir və baş ağrısı, zəiflik, qusma, əzələ krampları və hətta huşunu itirmə kimi simptomlara səbəb ola bilər. Hətta ölümlə nəticələnə bilər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
172
29
milli.az

10Источники