Müdafiəçi Joao Kanselo “Mançester Siti”ni tərk etməyə yaxındır.
Apasport.az BBC-yə istinadən xəbər verir ki, İngiltərə klubu portuqaliyalı futbolçunu Səudiyyə Ərəbistanı çempionatına göndərməyə razılaşıb.
Müdafiəçinin yeni iş yeri “Əl-Hilal” olacaq. Kanselonun transferi üçün Səudiyyə Ərəbistanı klubu “şəhərlilər”ə təxminən 24 milyon avro ödəyəcək. Futbolçunun özü hələ ki, transferə razılıq verməyib, lakin bu, an məsələsidir. Kanselonun “Əl-Hilal”la üç illik müqavilə bağlayacağı gözlənilir.
30 yaşlı müdafiəçi 2023/24 mövsümündə icarə əsasında “Barselona”da çıxış edib. O, 32 matçda iştirak edib, iki qol vurub və dörd məhsuldar ötürmə verib.
Polşalı məşhur qapıçı karyerasını başa vurdu
Avropa çempionu "Barselona"da
Portuqaliya millisinin üzvü “Yuventus”a keçib
Ronaldo da UEFA tərəfindən mükafatlandırılacaq
Nigeriya yığmasının yeni baş məşqçisi müəyyənləşib