RU

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - dəyər verdiyiniz insanlarla münasibətləri normallaşdırmaq və mövcud sərinliyi aradan qaldırmaq üçün münasib zamandır. Bütün diqqəti işə yönəldin. Yaxınlarınızla təmaslarda həssas, qayğıkeş olun.

Axşam saatlarında normal istirahət edin.
 

Buğa - rutin, cari işlərdən yaxa qurtarmağa çalışmayın. Macəra axtarışları sizi ekstravaqant olaylara təhrik edə bilər. Eksperimentlər uğursuz alına bilər. İstənilən halda dəyərli təcrübə alacaq, faydalı nəyisə öyrənəcəksiniz.

Axşam saatları sevdiyiniz insanla təmaslar, görüşlər üçün yaxşıdır.
 

Əkizlər - günün ilk yarısında vaxtınızı fövtə verməyin. Müsbət təmayüllərin təsirindən yararlanmağa çalışın. İşgüzar danışıqlar pis olmayacaq. Müttəfiq və ya tərəfdaşınıza çevrilə biləcək insanla danışıqlarda sərvaxt olun.

Xərçəng - qətiyyətli və əzmkar olun. Uzun-uzadı müzakirələr əvəzinə aktiv fəaliyyətə üstünlük verin. Yaxın ətrafınızdakı insanları başladığınız işdə konkretliklə təəccübləndirməyi bacarın. Faydalı tanışlıqlar ola bilər.

Şir - işlər üçün əla gündür. Ən çətin problemlərin öhdəsindən gələ biləcəksiniz. Əməyinizə görə alacağınız mükafat pis deyil. Gözləntiləriniz tamamən doğrulacaq. Karyera pilləkənində irəliləmək şansları var. Fəndgirlik və hiyləgərliyi unutmayın.

Qız - yaxşı gündür. Bütün işlərdə uğur qazanacağını demək olmaz. Buna rəğmən, aktiv olun, yarımçıq işləri başa vurun. Səyləriniz hədər getməyəcək. Yeni layihəyə və ya işə başlayanda yaxın ətrafınızdakı insanların dediklərinə fikir verməyin. Çoxdankı müttəfiqlərdən biri sizi dəstəkləməyəcək. Amma kənar yardımlar olmadan da işləri bitirəcəksiniz.

Tərəzi - yeni, geniş miqyaslı və mürəkkəb işlərə başlamaq olar. Dərhal, qısa müddətdə uğura nail olmaq asan deyil. Lakin qarşınıza qoyduğunuz məqsədə doğru irəliləyişdə çox yaxşı təcrübə əldə edə bilərsiniz. Faydalı tanışlıqlar istisna deyil.

Əqrəb - hadisələrlə zəngin gündür. Sizi maraqlı olaylar gözləyir. Peşəkar fəaliyyət sahəsində eksperimentlərdən qorxmayın. Yazılmamış qanunları, ənənələri müvəqqəti də olsa, unutmaq mümkündür. İşgüzar həyatda və şəxsi münasibətlərdə köklü dəyişikliklərə başlamaq olar.

Oxatan - çətinliklər sizi qorxutmasın. Yaşam tonusunuzun səviyyəsi yüksəkdir. Ən çətin problemləri hədd etmək, müşkül sədləri dəf etmək iqtidarındasınız. Mühüm və sizi ruhlandıracaq məlumat alacaqsınız.

Oğlaq - yeni ideyalar və planlar az deyil. Bir qədər əvvəl məşğul olmaq istədiyiniz işləri unutmayın. Niyyətlərinizlə istəklərinizdə ziddiyyət yaranmasın. Ani hisslərə aldanmayın. Ehtiyatlı, sərvaxt olun.

Dolça - asan, rahat gündür. Yaradıcılıq planlarınızı reallaşdıra bilərsiniz. Əvvəlcədən hazırladığınız layihələrdən birini gerçəkləşdirməyə başlayın. İşgüzar danışıqlar pis keçməyəcək. Mövqelərinizdən geri çəkilməyin, inadkar olun. Amma yaxın ətrafınızdakı insanların maraqlarını və istəklərini qulaqardına vurmayın.

Balıqlar - səbrli, təmkinli olun. Emosiyalara qapılmayın. Özünütənqid səviyyəsini absurda çatdırmayın. Ağır, çətin situasiyalarda dürüst davranış modelini seçin.

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
100
36
mia.az

10Источники