RU

Braziliya məhkəməsi Maska 24 saat vaxt verdi

Braziliyada Ali Məhkəmə, "X" sosial şəbəkəsinin sahibi olan amerikalı sahibkar və milyarder İlon Maska 24 saat ərzində eyniadlı şirkətin ölkədə yeni qanuni nümayəndəsi təyin etməyi tapşırıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə "X"də Federal Ali Məhkəmənin rəsmi səhifəsində müvafiq bəyanat dərc edərək Maska çağırış vərəqəsi göndərib.

“Sərəncamın yerinə yetirilməməsi halında Braziliyada sosial şəbəkənin fəaliyyəti dayandırılacaq”, - məlumatda deyilir.

Bildirilir ki, Mask “ədalətə mane olmaq, cinayət təşkilatı və cinayətə təhrik" ilə bağlı istintaq altındadır.

Xatırladaq ki, avqustun 17-də "X" işçilərinə təhdidlər səbəbindən Braziliyadakı nümayəndəliyini bağladığını elan edib. Şirkət braziliyalı hakim Alexandri de Moraisdən məxfi əmr aldığını iddia edib və o, nümayəndəliyin hüquq məsləhətçisi bəzi hesabların bloklanması əmrinə əməl etməyəcəyi təqdirdə onu həbslə hədələyib.

Gülayə Mecid 

Избранный
184
50
unikal.az

10Источники