RU

Paris-2024: Azərbaycan paraüzgüçüsü finala vəsiqə qazana bilməyib

Azərbaycan paraüzgüçüsü Könül Süleymanova Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, S2 kateqoriyasında çıxış edən idmançı 100 m məsafəyə arxasıüstə üzmədə təsnifat mərhələsində 4 dəqiqə 3.4 saniyə nəticə göstərib.

O, öz qrupunda 5-ci olub. İdmançı ilk "8-liy"ə düşə bilmədiyindən finala vəsiqə qazana bilməyib.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Избранный
53
11
far.az

10Источники