RU

"Sumqayıt" öz meydanında "Araz-Naxçıvan"a uduzdu

Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

Sportnet.az-ın məlumatına görə, günün ikinci matçında Sumqayıtın eyni adlı klubu doğma meydanda "Araz-Naxçıvan"la qarşılaşıb.

Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 56-cı dəqiqədə Miço Kuzmanoviç "gənclik şəhəri" təmsilçisinin qapısına vurub.

Mövsümdə ikinci qələbəsini qazanan Elmar Baxşıyevin komandası xallarının sayını 7-yə çatıdırb.

Qeyd edək ki, günün ilk matçında "Turan Tovuz" evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.


Избранный
50
10
sportnet.az

7Источники