RU

Bıçaqlı hücum nəticəsində 6 nəfər yaralanıb

...Cümə günü gecə Qərbi Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Siegen şəhərində şəhər festivalına gedən avtobusa bıçaqlı hücum nəticəsində azı 6 nəfər yaralanıb. Zərərçəkənlərdən üçünün vəziyyəti ağırdır.

SİA Almaniya mətbuatına istinadən yazır ki, 32 yaşlı şübhəli saxlanılıb.

Polis sözçüsü jurnalistlərə bildirib ki, hadisənin motivləri aydınlaşdırılır və terror aktı əlamətləri yoxdur. Bir sıra xəbər agentliklərinin məlumatına görə, saxlanılan şəxsin böyük ehtimalla psixi pozğunluğu var.

...Avtobusda 40-a yaxın adam olub. “Siegener Zeitung” qəzeti yazır ki, hadisədən dərhal sonra sürücü avtobusu saxlayıb. Bu, sərnişinlərə kabinəni sürətlə tərk etməyə imkan verib.

…Siegen Kölndən təxminən 75 kilometr məsafədə yerləşir. Şəhər bu həftə sonu 800 illik yubileyini qeyd edirmiş. Siegendə avtobus sərnişinlərinə bıçaqla hücum avqustun 23-də Şimali Reyn-Vestfaliya əyalətinin Solingen şəhərində şəhərin 650 illik yubileyi münasibətilə keçirilən tədbir zamanı bıçaqlı hücum fonunda baş verib.

Üç nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
124
50
sia.az

10Источники