RU

Misli Premyer Liqası: "Turan Tovuz" rekordunu təkrarlayıb

Kurban Berdıyevin baş məşqçisi olduğu komanda buna ilk beş turda qol buraxmamaqla nail olub.

Ölkə çempionatlarının 32 illik tarixində 7-ci dəfə bir kollektiv ilk 5 matçda qapısında top görməyib.

Buna ilk dəfə 1993/1994 mövsümündə Bakı “İnşaatçı”sı nail olub. “Xəzri” 1995/1996, “Dinamo” (“Bakı”) 1998/1999 mövsümündə bunu bacarıb. Yalnız bir komanda – “Xəzər Lənkəran” startda iki belə seriyaya imza atıb: 2007/2008 və 2010/2011 mövsümlərində.

“Turan Tovuz”dan öncə 5 start oyununda qol buraxmayan sonuncu komanda “Qəbələ” olub. 2016/2017 mövsümündə Dmitri Bezotosnı çempionatın ilk 5 turunda qol buraxmayan ilk legioner qapıçı kimi tarixə düşüb. “Turan Tovuz” tarixə 7-ci seriyanın müəllifi kimi düşübsə, İvan Konovalov Bezotosnıdan sonra bunu gerçəkləşdirən ikinci əcnəbi qolkiper olub.

Qeyd edək ki, "Turan Tovuz" yalnız “Neftçi” ilə matçda xal itirib – 0:0. Qərblilər ardınca “Sumqayıt”, “Qarabağ” və “Səbail”i bir, “Kəpəz”i üç cavabsız qolla məğlub edib.

Избранный
24
16
cbcsport.az

10Источники