"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan "Olimpiakos" (Yunanıstan) məşhur futbolçu Villian; hey'ətinə cəlb edib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 36 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Braziliya millisinin sabiq üzvü daha əvvəl "Çelsi", "Arsenal" və "Fulhem" kimi klublarda çıxış edib.
Qyd edək ki, "Qarabağ" "Olimpiakos"la 2025-ci il yanvarın 30-da səfərdə qarşılaşacaq.