RU

Ötən il reklam fəaliyyətindən 183 milyon manat gəlir - ƏLDƏ EDİLİB

2023-cü ildə Azərbaycanda reklam fəaliyyətindən 182 milyon 972,3 min manat gəlir əldə edilib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə bu 2022-ci illə müqayisədə 44 milyon 689,5 min manat və ya 32% çoxdur.

Əldə edilmiş gəlirlərin 56 milyon 927,6 min manatı reklam informasiyasının hazırlanmasından, 56 milyon 359,2 min manatl reklamın yerləşməsindən, 69 milyon 685,5 min manatı isə reklamın yayımlanmasından əldə edilib.

Son bir ildə gəlirlər reklam informasiyasının hazırlanmasından 23 milyon 49 min manat, 68%, reklamın yerləşməsindən 8 milyon 467,3 min manat (18%), yayımlanmasından isə 13 milyon 173 min manat və ya 23,2% artıb

Reklamın yayımlanması üzrə gəlirlərə gəldikdə açıq havada yayımlanan reklamlar 33 milyon 704 min manat, nəqliyyat vasitələrində yayımlanan reklamlardan 11 milyon 570 min manat, kütləvi informasiya vasitələri və kütləvi tədbirlərdə yayımlanan reklamdan isə 24 milyon 411,5 min manat gəlir əldə edilib.

İllik müqayisədə açıq havada yayımlanan reklamlar üzrə gəlirlər 3 milyon 755,5 min manat və ya 13%, nəqliyyat vasitələrində yayımlanan reklamlar üzrə gəlirlər 1 milyon 129,9 min manat və ya 11%,  kütləvi informasiya vasitələri və kütləvi tədbirlərdə yayımlanan reklamdan gəlirlər isə 8 milyon 287,8 min manat və ya 51% çoxdur.

Bundan başqa teleradio proqramlarında yayımlanan reklamlardan gəlirlər 7 milyon 413,1 min manat, başqa sözlə 50% artaraq 22 milyon 380,7 min manata, telekommunikasiya qurğuları və poçt göndərişləri ilə yayımlanan reklamlar üzrə gəlirlər 969,1 min manat, başqa sözlə 4,9 dəfə artaraq 1 milyon 216,1 min manata, dövri mətbu nəşrlərdə, yazılı bildirişlərdə, çap və audiovizual məhsullarda olan reklamlar üzrə gəlirlər isə 79,5 min manat və ya 11% artaraq 814,7 min manata yüksəlib. Digər fəaliyyətlər üzrə gəlirlər 12 milyon 578,2 min manat və ya 3,3 dəfə artaraq 18 milyon 159,3 min manata çatıb.

Ümumilikdə isə məhsulun satışından və xidmətlərin göstərilməsindən  əldə olunan gəlirlər 2023-cü ildə 201 milyon 131,6 min manata bərabər olub ki, bu da illik müqayisədə 57 milyon 267,7 min manata və ya 40% artım deməkdir.

Hesabat ilində məhsul(xidmət) istehsalına çəkilən  xərclər 161 milyon 494 min manat, ondan reklam fəaliyyəti üzrə xərclər isə 127 milyon 263,3 min manata bərabər olub. Son bir il ərzində məhsul(xidmət) istehsalına çəkilən  xərclər 38 milyon 113, min manat (31%), reklam fəaliyyəti üzrə xərclər isə 32 milyon 676,2 min manat (35%) artıb.

2023-cü ildə reklam xidmətlərinin yerinə yetirilməsinə dair 22 min 902 ədə müqavilə bağlanıb. Bağlanmış müqavilələrin dəyəri isə 71 milyon 208,9 min manat təşkil edib. İllik müqayisə ilə bağlanmış müqavilələrin sayı 2 min 409 ədəd (12%), dəyəri isə 6 milyon 506,6 min manat (10%) artıb.

Избранный
153
50
fed.az

10Источники