RU

Şimali Koreyadakı sel daşqınları dövlət məmurlarının sonu oldu – Kim Çen onlarla məmuru edam etdi

Şmali Koreyadakı sel daşqınları ilə bağlı əvvəlcədən tədbir görməyən dövlət məmurları edam edilib.

Kəşfiyyat məlumatlarına əsaslanan xəbərlərə görə, Şimali Koreya lideri Kim Çen In daşqının qarşısının alınmasında səhlənkarlıq göstərən 30-a yaxın dövlət məmurunun edam edilməsi barədə göstəriş verib. 

Korrupsiya və vəzifə borcunu yerinə yetirməməkdə təqsirləndirilən yüksək səviyyəli məmurlara verilən ölüm hökmlərinin ötən ay icra olunduğu bildirilsə də, onların kimliyi açıqlanmayıb.

Xatırladaq ki, iyulun 27-dən etibarən leysan xarakterli yağışların ardından Şimali Koreyanın Çinlə sərhəd bölgələrində daşqınlar əmələ gəlib və sözügedən ərazilərə ciddi maddi ziyan dəyib. Açıqlanan məlumata görə, 4100 ev və 3 min hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi su altında qalıb.

Ölkə lideri Kim Çen In təbii fəlakətdən sonra qabaqlayıcı tədbirlər görməməkdə hökuməti günahlandırıb. O, güclü yağış, daşqın, tayfun kimi fəlakətlərə qarşı əvvəllər də aidiyyatı dövlət qurumlarına dəfələrlə xəbərdarlıq etdiyini deyib.

“Təbii fəlakətlərin qarşısının alınması üçün işlərə lazımi əhəmiyyət verilməyib. Mühüm vəzifələrdə çalışan məmurların tənbəlliyi, şəxsi maraqları çox ciddi həddə çatıb”, - deyə o, bildirib.

“AzPolitika.info”

Избранный
175
6
azpolitika.info

7Источники