RU

Baş nazir: "Gürcüstanda istənilən süni iğtişaş yaratmağa cəhd edənlər cəzalandırılacaq"

Gürcüstanda istənilən süni iğtişaş yaratmağa cəhd edənlər ciddi şəkildə cəzalandırılacaq.

Gundem.az xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, radikal müxalifət seçkilərdən sonra ictimai ajiotaj yarada biləcək ssenarinin hazırlanmasını aktiv şəkildə müzakirə edir:

“Onlar dövlət institutlarına hücum etməyə, çevriliş etməyə cəhd edəcəklər. Müxalifət hakimiyyət dəyişikliyinə cəhd edəcək. Radikallara və onların himayədarlarına xatırlatmaq istərdim ki, bu gün Gürcüstanın dövləti və hüquq-mühafizə orqanları ən yaxşı vəziyyətdədir. Nəticə etibarı ilə heç bir təxribat uğurlu olmayacaq və istənilən cinayət ciddi şəkildə cəzalandırılacaq”, - İrakli Kobaxidze deyib.

Избранный
120
16
gundem.az

10Источники