“Avropa İttifaqı Ukrayna hökumətindəki istefaları nəzərə alıb”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri RİA Novosti-yə açıqlamasında Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano deyib.
O əlavə edib ki, Aİ tərəfdaş dövlət qurumlarının kadr təminatı ilə bağlı daxili qərarları açıq şəkildə şərh etmir.
Qeyd edək ki, sentyabrın 3-də ədliyyə naziri Denis Malyuska, strateji sənaye naziri Aleksandr Kamışin, ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strelets, baş nazirin Avropa və Avro-Atlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişina və baş nazirin nəzarətsiz ərazilərin reinteqrasiyası məsələləri üzrə müavini İrina Vereşçuk da vəzifələrindən azad edilib. Həmçinin ölkənin xarici işlər naziri Dmitri Kuleba da istefa verib.