AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
5 sentyabr tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
5 sentyabr Beynəlxalq Xeyriyyəçilik Günüdür:
Beynəlxalq Xeyriyyəçilik Günü 2012-ci ildə BMT Baş Assambleyasının qərarı ilə təsis edilib. Bu, Nobel Sülh Mükafatı laureatı Tereza Ananın vəfatının ildönümünə həsr edilib. 1950-ci ildə Hindistanın Kəlküttə şəhərində Xeyriyyəçi Missionerləri Ordenini təsis edib.
Dünyaşöhrətli missioner və katolik rahibə 50 ilə yaxın müddət ərzində əvvəlcə Hindistanda, sonra isə başqa ölkələrdə xeyriyyəçilik fəaliyyəti ilə yoxsullara, xəstələrə və yetimlərə xidmət edib.
5 sentyabr 1944-ci ildə şair, dramaturq, Əməkdar incəsənət xadimi Hidayət Orucov doğulub:
İrəvan Dövlət Azərbaycan Dram Teatrına (1968-1984) rəhbərlik edib. Dövlət vəzifələrində çalışıb. 20 ilə yaxın ölkəmizin Qırğızıstanda səfiri olub.
5 sentyabr 1935-ci ildə Xalq artisti, görkəmli aktyor Siyavuş Aslan anadan olub:
O uzun illər Musiqili Komediya Teatrında, Akademik Dram Teatrında çalışıb. Teatrda məşhur rolları: Dadaşbala (“Hicran”), Mindilli (“Nişanlı qız”) və s. Televiziya tamaşaları – “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam” və s. Filmləri: “Əhməd haradadır?”, “Ulduz”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı”, “Yuxu”, “O dünyadan salam” və s.
5 sentyabr 1942-ci ildə yazıçı-dramaturq, şair Ramiq Muxtar anadan olub:
Onun “Üfüqlər qızaranda”, “Əgər sevirsənsə” və s. pyesləri teatrlarda tamaşaya qoyulub.