RU

AFFA Premyer Liqa klublarını cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının 5-ci turunda baş verənlərlə bağlı ölçü götürülüb.

“Sumqayıt” – “Araz Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə qonaqlar 700 manat cərimə edilib.

“Şamaxı” – “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə bölgə klubu 800 manat ziyana düşüb.

“Kəpəz” – “Sabah” oyununda da analoji hal yaşandığına görə Gəncə klubu 800 manat cərimələnib.

“Zirə” – “Qarabağ” oyununun 29-cu dəqiqəsində meydan sahibinin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” klubuna xəbərdarlıq olunub.

Избранный
135
5
fanat.az

9Источники