RU

2024-cü ilin ən yaxşı gənc oyunçusu mükafatına 10 namizəd

Məşhur “France Football” jurnalı ənənəvi olaraq, ilin ən yaxşı gənc oyunçusu mükafatına namizədlərin adlarını açıqlayıb.

Arena.az “France Football” nəşrinin seçimi əsasında 2024-cü ilin ən yaxşı gənc oyunçusu adına namizədlərin siyahısını təqdim edir:

Lamin Yamal (“Barselona”)
Pau Kubarsi (“Barselona”)
Alexandro Qarnaçao (“Mançester Yunayted”)
Kobbi Meynu (“Mançester Yunayted”)
Uorren Zair-Emeri (PSJ)
Juan Neveş (PSJ)
Arda Gülər (“Real”)
Savio (“Mançester Siti”)
Matis Tel (“Bayern”)
Kərim Konate (“Zalsburq”).

Xatırladaq ki, ilin yekunları üzrə mükafatlandırma 9 seçim əsasında təqdim ediləcək:

  1. Kişilər arasında “Qızıl top”;
  2. Qadınlar arasında “Qızıl top”;
  3. 21 yaşa qədər ən yaxşı oyunçu üçün Kopa qəniməti;
  4. Ən yaxşı qapıçı üçün Yaşin qəniməti;
  5. Ən yaxşı hücumçu üçün Gerd Müller qəniməti;
  6. İlin kişi klubu;
  7. İlin qadın klubu;
  8. İlin kişi məşqçisi;
  9. İlin qadın məşqçisi.

Seçimlər üzrə qaliblər oktyabrın 28-də keçiriləcək “Qızıl top” mərasimində açıqlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
54
1
arena.az

3Источники