AZ

2024-cü il “İlin məşqçisi” mükafatına namizədlər açıqlandı

Məşhur “France Football” jurnalı ənənəvi olaraq, “İlin məşqçisi” mükafatına namizədlərin adlarını açıqlayıb.

Arena.az “France Football” nəşrinin seçimi əsasında 2024-cü ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısını təqdim edir:

– Karlo Ançelotti (“Real”);
– Xabi Alonso (“Bayer”);
– Xosep Qvardiola (“Mançester Siti”);
– Luis de la Fuente (İspaniya yığması);
– Can Pyero Qasperini (“Atalanta”);
– Lionel Skaloni (Argentina yığması).

Xatırladaq ki, ilin yekunları üzrə mükafatlandırma 9 seçim əsasında təqdim ediləcək:

  1. Kişilər arasında “Qızıl top”;
  2. Qadınlar arasında “Qızıl top”;
  3. 21 yaşa qədər ən yaxşı oyunçu üçün Raymon Kopa qəniməti;
  4. Ən yaxşı qapıçı üçün Lev Yaşin qəniməti;
  5. Ən yaxşı hücumçu üçün Gerd Müller qəniməti;
  6. İlin kişi klubu;
  7. İlin qadın klubu;
  8. İlin kişi məşqçisi;
  9. İlin qadın məşqçisi.

Seçimlər üzrə qaliblər oktyabrın 28-də keçiriləcək “Qızıl top” mərasimində açıqlanacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
1
arena.az

3Mənbələr