Məşhur “France Football” jurnalı ənənəvi olaraq, “İlin məşqçisi” mükafatına namizədlərin adlarını açıqlayıb.
Arena.az “France Football” nəşrinin seçimi əsasında 2024-cü ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısını təqdim edir:
– Karlo Ançelotti (“Real”);
– Xabi Alonso (“Bayer”);
– Xosep Qvardiola (“Mançester Siti”);
– Luis de la Fuente (İspaniya yığması);
– Can Pyero Qasperini (“Atalanta”);
– Lionel Skaloni (Argentina yığması).
Xatırladaq ki, ilin yekunları üzrə mükafatlandırma 9 seçim əsasında təqdim ediləcək:
- Kişilər arasında “Qızıl top”;
- Qadınlar arasında “Qızıl top”;
- 21 yaşa qədər ən yaxşı oyunçu üçün Raymon Kopa qəniməti;
- Ən yaxşı qapıçı üçün Lev Yaşin qəniməti;
- Ən yaxşı hücumçu üçün Gerd Müller qəniməti;
- İlin kişi klubu;
- İlin qadın klubu;
- İlin kişi məşqçisi;
- İlin qadın məşqçisi.
Seçimlər üzrə qaliblər oktyabrın 28-də keçiriləcək “Qızıl top” mərasimində açıqlanacaq.