RU

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin nümayəndəsi Bakıya GƏLDİ

ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri Patrik Prior məsləhətləşmələr aparmaq üçün Bakıya gəlib. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında bildirilib. 

“Biz təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri ilə bağlı Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün Bakıya gələn ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri cənab Patrik Prioru ürəkdən salamlayırıq”, - diplomatik nümayəndəlik ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözlərini sitat gətirir. 

Bizim.Media

Избранный
29
17
bizim.media

10Источники