İsrail ordusunun Qəzza zolağının şimalında və mərkəzindəki qaçqın düşərgələrinə endirdiyi zərbələr nəticəsində azı 18 fələstinli ölüb, 15-i yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, hərbçilərin Fələstin anklavının şimalında, həyətində qaçqınların çadırlarda yerləşdirildiyi Cəbəliyədəki Halim əl-Səadiyə məktəbinə hava zərbəsi endirməsi nəticəsində 13 nəfər həlak olub. İsrailin Qəzzanın mərkəzindəki Nuseyrat düşərgəsində yaşayış binasına endirdiyi zərbə nəticəsində daha 5 nəfər həlak olub.
Qətərin “Əl-Cəzirə” telekanalının verdiyi məlumata görə, son 24 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində 33 fələstinli həlak olub.
Məhərrəm Ağalaroğlu, “İki sahil”