30 sentyabr saat 19:00-da Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə "Bakıdan Gəncəyə" layihəsi çərçivəsində Xalq artisti, tarzən Malik Mansurovun rəhbərliyi ilə "Naz-Nazı" muğam qrupunun konserti baş tutacaq.
QAZÌLER.AZ Lent.az-a istinaden verdiyi xəbərə görə, konsertdə "İz" və "Yari-pünhan kompozisiyaları, xalq mahnıları "Xumar oldum" və "Dağların başı", "Gül dəstəsi" xalq rəqsi, "Qarabağ şikəstəsi", "Çahargah dəramədi" səsləndiriləcək.
Biletləri Filarmoniyanın kassasından, həmçinin iticket.az saytından əldə etmək mümkündür.