Onminlərlə braziliyalı San-Paulonun mərkəzində Ali Məhkəmənin "X" sosial şəbəkəsinin ölkədə bloklanması qərarına qarşı nümayiş keçirib.
hakimiyyet.az rbc.ru-ya istinadən xəbər verir ki, etirazlar keçmiş prezident Jair Bolsonaru tərəfdarlarının Müstəqillik Günündəki mitinqi ilə əlaqələndirilir.
"Azadlığı olmayan bir ölkənin bu günü qeyd etməyə heç bir əsası yoxdur. Biz diktatorların tərəfində olan və ən əziz tutduğumuz nemətə - azadlığımıza qarşı çıxan bir hökumətlə qarşılaşırıq" , - sabiq dövlət başçısı sosial şəbəkədə yazıb.
Etirazlara onlarla mühafizəkar siyasətçi qoşulub, onların bir çoxu Ali Məhkəməni oktyabrın 6-da bələdiyyə seçkisi ərəfəsində sağçı müxalifətə qarşı senzura tətbiq etmək cəhdində günahlandırıblar.