RU

İsrail Suriyadakı kimyəvi silah zavodunu vurub

Suriya dövlət mediası bildirib ki, bazar günü İsrailin Suriyanın Həma çölünə çoxsaylı zərbələri nəticəsində azı 4 mülki şəxs həlak olub. Mənbələr bildirir ki, zərbələr böyük hərbi tədqiqat mərkəzini hədəf alıb.

Bu barədə “Reuters” xəbər verir.

Suriyanın dövlət xəbər agentliyinə istinadən yerli səhiyyə rəsmisi 13 nəfərin də yaralandığını bildirib.

İki regional kəşfiyyat mənbəsi bir neçə zərbənin Missyaf yaxınlığında yerləşən böyük hərbi kimyəvi silah tədqiqat obyektini hədəf aldığını bildirib. Orada silah istehsalı ilə məşğul olan bir qrup iranlı hərbi ekspertin yerləşdiyi güman edilir.

Suriya dövlət mediası zərbələrin iki yanğına səbəb olduğunu bildirib.

Xatırladaq ki, aprelin 1-də İranın Suriyadakı səfirliyinə elit İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ali komandiri və yüksək rütbəli komandirinin ölümü ilə nəticələnən belə hücumlardan biri İranın hücum pilotsuz təyyarələri və qanadlı raketlərdən istifadə edərək İsrail ərazisinə kütləvi hücumuna səbəb olub.

Oxuməni.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
99
29
oxumeni.az

10Источники