RU

“EGT Express” MMC gömrük qaydalarını pozmağa görə - MƏHKƏMƏYƏ VERİLİB

“EGT Express” MMC gömrük  qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta üzrə cərimələnə bilər.

FED.az xəbər verir ki, şrikət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci  maddəsinə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İşə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanova təyin edilib.

Избранный
95
16
fed.az

10Источники