RU

Rusiya Britaniyanın 6 diplomatını ölkədən qovur- ADLAR

Britaniyanın Rusiyadakı səfirliyinin 6 əməkdaşının akkreditasiyası kəşfiyyat fəaliyyətinin əlamətlərinə görə ləğv edilib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Rusiya FTX-nin təqdim etdiyi sənədlərə əsasən, eləcə də Londonun çoxsaylı qeyri-dost addımlarına cavab olaraq Rusiya Xarici İşlər Nazirliyi Britaniya səfirliyinin siyasi şöbəsinin altı əməkdaşının akkreditasiyasını dayandırıb. Onların hərəkətlərində kəşfiyyat və təxribat işlərinin əlamətləri aşkar edilib”, – məlumatda deyilir.

Kəşfiyyat xidməti əlavə edib ki, onlarda Böyük Britaniyanın beynəlxalq hərbi-siyasi vəziyyətin gərginləşməsini koordinasiya etdiyini təsdiqləyən sənədli materiallar var. Onların fikrincə, bu cür hərəkətlərə cavabdeh olan əsas bölmə Ukraynada müharibə başlayandan sonra xüsusi xidmətə çevrilən Böyük Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Direktorluğudur.

“Beləliklə, aşkar edilmiş faktlar Moskvaya göndərilən britaniyalı diplomatların fəaliyyətini Rusiya Federasiyasının təhlükəsizliyinə təhdid kimi qiymətləndirməyə əsas verir”, – FTX qeyd edib.

Qurum bildirib ki, Britaniya diplomatik missiyasının əməkdaşları arasında oxşar hərəkətlər aşkar olunarsa, ezamiyyətlərin vaxtından əvvəl dayandırılmasını tələb edəcəklər.

Britaniya səfirliyinin akkreditasiyadan məhrum edilmiş əməkdaşları arasında Cessika Davenport, Qreys Alvin, Endryu Daft Kallum, Ketrin Makdonnal, Tomas Con Hikson və Bleyk Pattel var.

Azpost.info

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
38
5
azpost.info

10Источники