İsrailin Baş naziri Benyamin Netanyahu 7 oktyabrdan bəri zənglərimə cavab verməkdən imtina edir.
Bunu BMT-nin Baş katibi Antonio Quterreş “Röyters” agentliyinə müsahibəsində deyib.
O qeyd edib ki, ötən il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra Baş nazir Benyamin Netanyahu ilə danışmayıb: “Netanyahu BMT-ni İsrail əleyhinə olmaqda ittiham edir. Mən onunla danışmamışam, çünki o, telefon zənglərimə cavab vermir, lakin onunla danışmamaq üçün heç bir səbəbim yoxdur".