RU

Ümumdünya Şahmat Olimpiadası: Millilərimiz Monteneqro və Sloveniyaya qarşı

Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadası davam edir.

İdman.biz xəbər verir ki, mübarizəyə İordaniya, Finlandiya və Moldova üzərində qələbə ilə başlayan Azərbaycanın kişilərdən ibarət yığması IV turda Monteneqro ilə qarşılaşacaq.

Heyətlər daha sonra müəyyənləşəcək.

Teymur Rəcəbovun kapitanı olduğu komandada Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Maqomed Muradlı yer alıb.

Nikaraqua və Avstraliyanı məğlub edən, Argentina ilə isə heç-heçə edən qadınlardan ibarət komandamız isə Sloveniya ilə üz-üzə gələcək.

Olimpiadada Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova çıxış edirlər. Millinin kapitanı Mixail Şereşevskidir.

İdman.biz

Избранный
61
2
idman.biz

10Источники