Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında buraxılan məntəqə seçki komissiyalarının hansılar olduğu bilinib.
Modern.az xəbər verir ki, həmin məntəqə seçki komissiyaları 1 sentyabr növbədənkənar parlament seçkilərində yol verilən pozuntularla əlaqədar cəzalandırılıb.
Onlar aşağıdakılardır:
13 saylı Xəzər ikinci seçki dairəsinin 12 saylı məntəqə seçki komissiyası;
15 saylı Yasamal birinci seçki dairəsinin 25 saylı məntəqə seçki komissiyası;
18 saylı Nərimanov - Nizami-Binəqədi seçki dairəsinin 15 saylı məntəqə seçki komissiyası;
31 saylı Suraxanı ikinci seçki dairəsinin 1 saylı məntəqə seçki komissiyası;
38 saylı Gəncə birinci seçki dairəsinin 13 saylı məntəqə seçki komissiyası;
41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı məntəqə seçki komissiyası;
48 saylı Abşeron birinci seçki dairəsinin 4, 5, 9 saylı məntəqə seçki komissiyaları;
52 saylı Yevlax seçki dairəsinin 2, 8 saylı məntəqə seçki komissiyaları;
80 saylı Lerik-Astara seçki dairəsinin 88 saylı məntəqə seçki komissiyası;
82 saylı İmişli-Saatlı seçki dairəsinin 41, 42, 44, 45 saylı məntəqə seçki komissiyaları;
104 saylı Gədəbəy seçki dairəsinin 20, 25, 34 saylı məntəqə seçki komissiyaları.