RU

MSK-nın cəzalandırdığı məntəqə seçki komissiyaları - SİYAHI

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında buraxılan məntəqə seçki komissiyalarının hansılar olduğu bilinib.

News24.az Modern.az-a istinadla xəbər verir ki, həmin məntəqə seçki komissiyaları 1 sentyabr növbədənkənar parlament seçkilərində yol verilən pozuntularla əlaqədar cəzalandırılıb.


Onlar aşağıdakılardır:

13 saylı Xəzər ikinci seçki dairəsinin 12 saylı məntəqə seçki komissiyası;

15 saylı Yasamal birinci seçki dairəsinin 25 saylı məntəqə seçki komissiyası;

18 saylı Nərimanov - Nizami-Binəqədi seçki dairəsinin 15 saylı məntəqə seçki komissiyası;

31 saylı Suraxanı ikinci seçki dairəsinin 1 saylı məntəqə seçki komissiyası;

38 saylı Gəncə birinci seçki dairəsinin 13 saylı məntəqə seçki komissiyası;

41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı məntəqə seçki komissiyası;

48 saylı Abşeron birinci seçki dairəsinin 4, 5, 9 saylı məntəqə seçki komissiyaları;

52 saylı Yevlax seçki dairəsinin 2, 8 saylı məntəqə seçki komissiyaları;

80 saylı Lerik-Astara seçki dairəsinin 88 saylı məntəqə seçki komissiyası;

82 saylı İmişli-Saatlı seçki dairəsinin 41, 42, 44, 45 saylı məntəqə seçki komissiyaları;

104 saylı Gədəbəy seçki dairəsinin 20, 25, 34 saylı məntəqə seçki komissiyaları.

Daha əvvəl "qara siyahı"ya daxil edilən 119 saylı Ağdam seçki dairəsi üzrə 21 saylı seçki məntəqəsi bu siyahıdan çıxarılıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
11
news24.az

10Источники