Mərkəzi Bank
Böyük mütəxəssis (İT layihə meneceri)
Son tarix 17 okt 2024 - [email protected]
Strategiya və layihə idarəetməsi departamenti, Layihə idarəetməsi şöbəsi – Böyük mütəxəssis (İT layihə meneceri)
ƏSAS VƏZİFƏ FUNKSİYALARI:
- Layihənin idarə edilməsi üzrə metodoloji rəhbərliyi formalaşdırır və yeni çağırışlara uyğunluğunu təmin edir;
- İT layihələrin idarə edilməsi üzrə yeni yanaşmaların, o cümlədən layihələrin idarə edilməsi sisteminin tətbiq edilməsini təşkil edir;
- Biznes tələblərinin analizi və təsdiqlənmiş tələblər üzərindən texniki tapşıqların hazırlanmasında iştirak edir;
- Layihə üzrə maraqlı tərəflərdən toplanmış tələblərin dəyərləndirilməsində iştirak edir;
- İT layihələrin planlaşdırılması, idarə edilməsi və koordinasiyasını həyata keçirir;
- Layihə nəticələrinin keyfiyyətini və etibarlılığını təmin etmək üçün test strategiyalarının hazırlanmasında iştirak edir;
- Test hallarını, ssenariləri və keyfiyyət meyarlarını müəyyən etmək üçün test komandaları ilə koordinasiyalı fəaliyyət göstərir;
- İnteqrasiya testi, istifadəçi qəbulu testi (UAT) və performans testi və s. daxil olmaqla test fəaliyyətlərinin icrasına nəzarət edir;
- Layihənin bütün keyfiyyət və performans meyarlarına cavab verdiyinə əmin olmaq üçün test nəticələrini nəzərdən keçirir və təsdiqləyir;
- Layihələrin layihə planına uyğun icrasına nəzarəti, monitorinq və hesabatlığını həyata keçirir;
- Layihələr üzrə dəyişiklik tələbləri, eləcə də risklərin idarə edilməsini həyata keçirir;
- Layihə komandalarına metodoloji dəstək göstərir və layihə idarəetməsi üzrə təlimlər həyata keçirir;
- Layihənin düzgün icrasını təmin etmək üçün daxili şöbələr, xarici təchizatçılar və maraqlı tərəflərlə əlaqə saxlamaq;
- Layihələrin yekunlaşması prosesini idarə edir və layihə yekunlarının rəhbərliyə təqdim edilməsini təmin edir;
TƏLƏB OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR:
- Layihələrin idarəolunması
- Strateji planlaşdırma
- Analitik təhlil etmə
- Maliyyə sektoru üzrə biliklər
- Təşkilatçılıq və planlaşdırma
- Ünsiyyətqurma və komanda ilə işləmək və liderlik bacarığı;
- Analitik düşünmə bacarığı;
- Araşdırma aparma
- Vaxtın idarəedilməsi bacarığı
- Qərar qəbul etmə bacarığı;
DİGƏR TƏLƏBLƏR:
- Dil bacarıqları - Azərbaycan dili - yüksək səviyyədə / İngilis dili - yüksək səviyyədə
- Təcrübə - Müvafiq sahədə ən azı 4 il
- Təhsil - Müvafiq sahədə (idarəetmə, iqtisadiyyat, tətbiqi riyaziyyat, informasiya texnologiyaları, kompüter elmləri, mühəndislik və s. əlaqəli ixtisaslar üzrə) ali təhsil
- Kompüter bacarıqları - MS Office (word, excel, ppt, project, visio), Jira yüksək səviyyədə
- Sertifikatlar - Layihə idarəetməsi üzrə beynəlxalq sertifikasiya (PMP, PMI-ACP, PMİ- PBA, İTİL və digər sertifikasiya) mütləqdir.
Şöbə rəisi
Son tarix 17 okt 2024 [email protected]
İnformasiya və kibertəhlükəsizlik departamenti, İnformasiya və kibertəhlükəsizlik siyasəti və nəzarəti şöbəsi – Şöbə rəisi
ƏSAS VƏZİFƏ FUNKSİYALARI:
- İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsi üzrə baş verən yenilikləri daim izləyir, bu yeniliklərin Mərkəzi Bankda tətbiqi imkanlarını müəyyən edir və müvafiq təklifləri formalaşdırır;
- İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin inkişafı strategiyasını hazırlayır və icrasını təşkil edir
- Mərkəzi Bankda informasiya təhlükəsizliyi tədbirlərinin qabaqcıl təcrübəyə və beynəlxalq standartlara uyğunlaşdırılması üzrə normativ-metodoloji sənədlərin hazırlanması və təkmilləşdirilməsi işini təşkil edir;
- İnformasiya təhlükəsizliyi idaəretmə sistemi (İTİS) üzrə nəzarəti həyata keçirir və sistemin beynəlxalq standartların tələblərinə uyğun təkmilləşdirilməsini təmin edir;
- İnformasiya sistemlərində həyata keçirilən dəyişikliklərin informasiya təhlükəsizliyi tələblərinə uyğunluğunun qiymətləndirilməsini və icrasına müvafiq nəzarəti həyata keçirir;
- Mərkəzi Bankın nəzarət subyektlərində informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri müvafiq struktur bölmələrlə birgə formalaşdırır;
- Mərkəzi Bankın nəzarət subyektlərində həyata keçirilən yoxlama prosesində iştirak edir, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələlərinin hüquqi aktların tələbləri çərçivəsində idarə edilməsinin effektivliyinin yoxlanılması üzrə fəaliyyəti icra edir;
- Əməliyyat risklərinin qiymətləndirilməsi prosesi çərçivəsində informasiya təhlükəsizliyi risklərini qiymətləndirir və cavab tədbirlərini formalaşdırır;
- İnformasiya sistemlərinin illik yoxlama planlarını resurs sahibləri ilə razılaşdıraraq hazırlayır və məsul şəxsləri təyin edir;
- Mərkəzi Bankda informasiya və digər əlaqəli aktivlərin inventarizasiya prosesinin effektiv aparılmasına nəzarəti həyata keçirir;
- Mərkəzi Bankda informasiya sistemlərinə giriş icazələrinin idarə olunması və nəzarətin həyata keçirilməsi fəaliyyətini təmin edir;
- Həssas informasiyanın icazəsiz kənara sızmasının qarşısının alınması üzrə kompleks tədbirlərin icrasında iştirak edir;
- İnformasiya təhlükəsizliyi sistemlərinin tətbiqi proseslərini planlaşdırır və layihələri Mərkəzi Bankın korporativ layihə idarəetmə konsepsiyasına uyğun olaraq həyata keçirir;
- Müxtəlif mənbələrdən (daxili və xarici sistemlərdən) məlumatların inteqrasiyasını təmin edilməsi işində iştirak edir;
- Məlumatların birləşdirilməsi üçün tətbiq proqramlaşdırma interfeysi (APİ) və digər inteqrasiya vasitələrinin inkişafı və idarə olunmasını təmin edir;
- Daxil olan və xaric olan məlumat axınının emalı (stream processing) və real vaxt analitikası (real-time analytics) texnologiyalarını monitoring və idarə edir;
- Məlumat axınlarının və sistemlərinin fasiləsiz işləməsini təmin etmək üçün monitorinq alətlərini tətbiq edir
- Məlumat infrastrukturunun davamlı işləməsi üçün texniki dəstək göstərir və problemləri operativ həll edir;
- Rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir
TƏLƏB OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR:
- Məlumatların tamlığının monitorinq edilməsi
- Səlahiyyətli giriş hüquqlarına nəzarət
- Məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi
- Məlumat sızıntısının qarşısının alınması
- Zəifliklərin aşkar edilməsi sistemləri ilə iş təcrübəsi
- Ünsiyyətqurma və komanda ilə işləmək və liderlik bacarığı;
- Analitik düşünmə bacarığı;
- Problemləri həll etmə, qərar qəbul etmə və hesabat tərtib etmə bacarığı;
DİGƏR TƏLƏBLƏR:
- Dil bacarıqları - Azərbaycan dili - yüksək səviyyədə / İngilis dili - yaxşı səviyyədə
- Təcrübə - İnformasiya texnologiyaları və infrastrukturu sahələrində 4 illik iş təcrübəsi
- Təhsil - Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və mühəndisliyi və ya Tətbiqi riyaziyyat üzrə) tələb edilir.
- Kompüter bacarıqları - MS Office proqramları, xüsusilə MS Word, MS Excel və MS Power Point
Şöbə rəisi (Maliyyə sabitliyinin təhlili üzrə)
Son tarix 17 okt 2024
Vəzifənin funksiyaları:
- Maliyyə sabitliyinə və maliyyə institutlarının dayanıqlığına təhdid yaradan risklərin identifikasiyası, onların təhlili, qiymətləndirilməsi, monitorinqinin təşkili və neytrallaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
- Sistem böhranları üzrə ilkin xəbərdarlıq göstəricilərinin müəyyən edilməsi və sistem risklərinin təhlili çərçivəsinin formalaşdırılması;
- Makroprudensial alətlərin tətbiqi ilə bağlı qiymətləndirmələr aparılması və makroprudensial siyasətin formalaşdırılması;
- Sistem əhəmiyyətli maliyyə institutlarının siyahısının müəyyən edilməsi;
- Maliyyə institutlar üzrə şəbəkə əlaqələri, konsentrasiya, müştərək və yoluxma risklərinin müəyyənləşdirilməsi və təhlili;
- Maliyyə institutları üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsinə dair aidiyyəti departamentlərə təkliflər formalaşdırılması;
- Pul siyasəti və Maliyyə Sabitliyi Komitəsi üzrə materialların hazırlanması;
- Maliyyə sabitliyi hesabatı və digər analitik hesabatların hazırlanması;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması;
Texniki biliklər
- Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
- Ümumi iqtisadiyyat və bankçılıq – yüksək səviyyədə
- Maliyyə – yüksək səviyyədə
- Makroiqtisadiyyat – yüksək səviyyədə
- Maliyyə sabitliyi – yüksək səviyyədə
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri – yüksək səviyyədə
- Təcrübə: Maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda müvafiq istiqamət üzrə 4 illik iş təcrübəsi.
- Təhsil: Ali təhsil(iqtisadiyyat/maliyyə//biznesin idarə edilməsi);
- Dil bacarığı: Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
- Kompüter bacarıqları: MS Office proqramları (xüsusilə MS Excel);
- Sertifikatlar: CFA, ACCA, CİMA, və ya analoji sahədə digər peşəkar sertifikatlar üstünlükdür.
Müraciət üçün son tarix: 06.10.2024
Müraciət linki: https://www.cbar.az/hr/f?p=100:106
Şöbə rəisi (Makro-maliyyə risklərinin modelləşdirilməsi üzrə)
Son tarix 17 okt 2024
Vəzifənin funksiyaları:
- Maliyyə sabitliyinə təhdid yaradan risklərinin identifikasiyası, onların təhlili, monitorinqinin təşkili və neytrallaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
- Maliyyə bazarları üzrə sistem risklərini qiymətləndirir, makroiqtisadi və xarici şokların maliyyə sabitliyinə təsirini qiymətləndirmək üçün müxtəlif parametrli makromaliyyə modellərini formalaşdırılması;
- Maliyyə bazarları üzrə kredit, likvidlik, bazar, əməliyyat və digər riskləri kəmiyyət əsasında qiymətləndirilməsi;
- Maliyyə institutlarının dayanıqlığını qiymətləndirmək üçün stress-testlər (“topdown”) və müxtəlif simulyasiyalar həyata keçirilməsi;
- Maliyyə sabitiyi üzrə analitik qiymətləndirmələr, stress-testlər və simulyasiyalara dair dövri hesabatlar hazırlayır;
- Maliyyə bazarları üzrə əsas göstəricilərin proqnozlaşdırılmasını təmin edilməsi;
- Pul siyasəti və Maliyyə Sabitliyi Komitəsi və Maliyyə sabitliyi hesabatı üzrə materialların hazırlanmasında iştirak;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması;
Texniki biliklər
- Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
- Ümumi iqtisadiyyat və bankçılıq – yüksək səviyyədə
- Maliyyə – yüksək səviyyədə
- Risk təhlili – yüksək səviyyədə
- Maliyyə sabitliyi – yüksək səviyyədə
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri – yüksək səviyyədə
- Təcrübə: maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda 4 illik iş təcrübəsi.
- Təhsil: Ali təhsil(iqtisadiyyat/maliyyə//biznesin idarə edilməsi);
- Dil bacarığı: Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
- Kompüter bacarıqları: MS Office proqramları (xüsusilə MS Excel);
- Sertifikatlar: CFA, ACCA, CİMA, və ya analoji sahədə digər peşəkar sertifikatlar üstünlükdür.
Müraciət üçün son tarix: 06.10.2024
Müraciət linki: https://www.cbar.az/hr/f?p=100:106
İqtisadçı (Makro-maliyyə risklərinin modelləşdirilməsi üzrə)
Son tarix 17 okt 2024
Vəzifənin funksiyaları:
- Maliyyə sabitliyinə təhdid yaradan risklərinin identifikasiyası, onların təhlili, monitorinqinin təşkili və neytrallaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
- Maliyyə bazarları üzrə sistem risklərini qiymətləndirir, makroiqtisadi və xarici şokların maliyyə sabitliyinə təsirini qiymətləndirmək üçün müxtəlif parametrli makromaliyyə modellərini formalaşdırılması;
- Maliyyə bazarları üzrə kredit, likvidlik, bazar, əməliyyat və digər riskləri kəmiyyət əsasında qiymətləndirilməsi;
- Maliyyə institutlarının dayanıqlığını qiymətləndirmək üçün stress-testlər (“topdown”) və müxtəlif simulyasiyalar həyata keçirilməsi;
- Maliyyə sabitiyi üzrə analitik qiymətləndirmələr, stress-testlər və simulyasiyalara dair dövri hesabatlar hazırlayır;
- Maliyyə bazarları üzrə əsas göstəricilərin proqnozlaşdırılmasını təmin edilməsi;
- Pul siyasəti və Maliyyə Sabitliyi Komitəsi və Maliyyə sabitliyi hesabatı üzrə materialların hazırlanmasında iştirak;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması;
Texniki biliklər
- Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
- Ümumi iqtisadiyyat və bankçılıq – yüksək səviyyədə
- Maliyyə – yüksək səviyyədə
- Risk təhlili – yüksək səviyyədə
- Maliyyə sabitliyi – yüksək səviyyədə
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri – yüksək səviyyədə
- Təcrübə: Mərkəzi Bankda, maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda müvafiq istiqamət üzrə 1 illik iş təcrübəsi.
- Təhsil: Ali təhsil(iqtisadiyyat/maliyyə//biznesin idarəedilməsi);
- Dil bacarığı: Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
- Kompüter bacarıqları: MS Office proqramları (xüsusilə MS Excel);
- Sertifikatlar: CFA, ACCA, CİMA, və ya analoji sahədə digər peşəkar sertifikatlar üstünlükdür.
Müraciət üçün son tarix: 06.10.2024
Müraciət linki: https://www.cbar.az/hr/f?p=100:106
Mütəxəssis (Maliyyə məlumatlılığı və peşəkar inkişaf)
Son tarix 17 okt 2024
Vəzifənin funksiyaları:
- Maliyyə sektorunda Peşəkar Sertifikatlaşdırma çərçivəsinin (PSC) müəyyənləşdirilməsi və Peşə Mütəxəssisləri (PM) üçün təhsil, imtahan və sertifikatlaşdırma tələblərinin və müvafiq qiymətləndirmə alətlərinin hazırlanmasında iştirak edir;
- Yüksək riskli sahələrə xüsusi diqqət yetirməklə PSC-yə uyğunluğun təmin edilməsi prosesində iştirak edir;
- PSC-yə uyğun olaraq yerli təhsil müəssisələri və beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıqa dair üçün təklif hazırlayır;
- Peşəkar Sertifikatlaşdırma Çərçivəsinin hazırlanmasına dair yerli və xarici təhsil və sertifikatlaşdırma qurumları ilə əməkdaşlığın yaradılmasında iştirak edir;
- Müxtəlif hədəf qruplarına (media nümayəndələri, geniş əhali, uşaqlar, yaşlılar, tələbələr və s.) yönəlmiş ictimai-maarifləndirici tədbirləri təşkil edir;
- Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanmasında iştirak edir;
- Şöbənin funksiyaları daxilində müvafiq daxili və xarici yazışmaları həyata keçirir.
Texniki biliklər
- Ümumi iqtisadiyyat və maliyyə anlayışı
- Təqdimat və yazı bacarığı
- Təcrübə: İqtisadiyyat, təhsil və müxtəlif layihələrin idarə edilməsi sahəsində ən azı 2 illik iş təcrübəsi;
- Təhsil: Ali təhsil(iqtisadiyyat/maliyyə//biznesin idarəedilməsi);
- Dil bacarığı: Azərbaycan dili-səlis, ingilis dili- yüksək, rus dili - orta;
- Kompüter bacarıqları: MS Office proqramları – yaxşı səviyyədə
Müraciət üçün son tarix: 06.10.2024
Müraciət linki: https://www.cbar.az/hr/f?p=100:106