“Neftçi” və idman direktoru Yens Andersson arasında müqaviləyə isveçli mütəxəssisin xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Məlumatda qeyd edilib ki, bu qərar komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar deyil.
Qeyd edək ki, Yens Andersson 2023-cü ilin sentyabrından "ağ-qaralar"da çalışırdı.
Müəllif: Teleqraf.com