UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunun ikinci oyun günündə daha 6 qarşılaşma keçirilib.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin növbəti dörd qarşılaşmasında “Seltik” (Şotlandiya) evdə “Slovan”a, (Slovakiya) “Borussiya” (Almaniya) səfərdə “Brügge”yə (Belçika) qalib gəlib.
PSJ (Fransa) "Jirona"dan (İspaniya) güclü olubsa, “Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya) matçında hesab açılmayıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
18 sentyabr
I tur
“Bolonya” (İtaliya) - “Şaxtyor” (Ukrayna) 0:0
“Sparta” (Çexiya) - “Zaltsburq” (Avstriya) 3:0
“Brügge” (Belçika) - “Borussiya” (Dortmund, Almaniya) 0:3
“Seltik” (Şotlandiya) - “Slovan” (Slovakiya) 5:1
“Mançester Siti” (İngiltərə) - “İnter” (İtaliya) 0:0
PSJ (Fransa) - "Jirona"(İspaniya) 1:0
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura sentyabrın 19-da yekun vurulacaq.