RU

"Excelsior Hotel MMC" işçi axtarır - VAKANSİYA

Excelsior Hotel MMC

Texniki işlər üzrə menecer/Baş mühəndis (Otelçilik üzrə)

Son tarix 01 noy 2024 - [email protected]

İş barədə: 

  • Mehmanxana ərazisində bütün qurğu və sistemlərin daim işlək vəziyyətdə olmasını təmin etmək;
  • Yanğından mühafizə sistemlərini müntəzəm olaraq yoxlamaq;
  • Təmir işlərinin zamanında yerinə yetirilməsi, eləcə də, nasazlıq haqqında dərhal məlumat verilməsi prosesinin səmərəli işləməsinə rəhbərlik və nəzarət etmək;
  • Mehmanxana ərazisində mexaniki, elektrik və ya mülki işlərin müəyyən olunmuş standartlara uyğun olaraq icrasını təmin etmək;
  • Bütün nasazlıq və qəzaların qeydə alınması prosesinə nəzarət etmək və zamanında aradan qaldırılmasını təmin etmək;
  • Soyuducu qurğular, qaynama qazanları (boylerlər), sərinləşdirici qurğular, ventilyasiya qurğuları, nasoslar, avtomat nəzarət sistemləri, sanitariya qovşaqları kimi bütün şöbələrin hər bir mexaniki və ya elektrik qurğularının və avadanlıqlarının işləkliyini təmin etmək üçün profilaktik xidmət qrafikini hazırlamaq;
  • Şöbənin illik büdcəsini tərtib etmək, müntəzəm olaraq nəzarət etmək və ehtiyac olduqda düzəlişlər etmək;
  • Şöbədaxili iş bölgüsünü aparmaq, işçilərin verilən tapşırıqları zamanında və keyfiyyətlə icra etməsinə nəzarət etmək;
  • Əlavə texniki xidmətlərin göstərilməsi üçün podratçı şirkətlərlə danışıqlar aparmaq, xidməti müqavilədə qeyd olunan öhdəliklərin zamanında və keyfiyyətlə icra olunmasına nəzarət etmək;
  • Mütəmadi olaraq əməliyyatlar və texniki xidmətlərin təkmilləşdirilməsinə dəstək vermək;

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Ali;
  • Dil bilikləri: Azərbaycan – Əla; Rus dili- Yaxşı; İngilis dili- Yaxşı
  • Texniki qurğu və avadanlıqların sistemləri və təmir üsulları barədə müfəssəl biliklər
  • Minimum təcrübə: müvafiq sahə üzrə 5 il, rəhbər vəzifədə 3 il
  • Otelçilik sahəsində təcrübəsi olması mütləqdir

Fərdi keyfiyyət göstəriciləri:

  • Planlama və təşkilatçılıq;
  • Punktuallıq;
  • Detallara diqqət yetirmə bacarığı;
  • Komandanın idarə olunması;
  • Zamanın düzgün idarə olunması;

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi;
  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • Əmək haqqı: Müsahibə zamanı məlumat veriləcək
  • Könüllü tibbi sığorta
  • Ödənişsiz parklanma
  • Nahar şirkət tərəfindən qarşılanır
  • Grup otellərin xidmətlərindən endirimli yararlanma

İş yeri:

  • Bakı, Heydər Əliyev prospekti 2

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə  Texniki işlər üzrə menecer/Baş mühəndis yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Избранный
101
50
fed.az

10Источники