RU

AL: “Qalatasaray” Latviyada, “Fənərbağa” Hollandiyada büdrədi

Avropa Liqasında Liqa mərhələsinin II turunun oyunları keçirilib.

Sportnet.az xəbər verir ki, eyni gündə baş tutacaq turda 18 matç təşkil olunub.

Azərbaycan çempionu “Qarabağ” evdə “Malmö”nü sınağa çəkib. Komandamız 1:2 hesabı ilə məğlub olub.

Türkiyə təmsilçilərindən “Qalatasaray” Latviyada RFS-lə, “Fənərbaxça” isə Niderlandda “Tvente” ilə qarşılaşmada xal itirib. “Beşiktaş” isə öz meydanında “Ayntraxt”a uduzub.

Qeyd edək ki, III turun görüşləri oktyabrın 23-24-də keçiriləcək.

Avropa Liqası
Liqa mərhələsi
II tur, 3 oktyabr

20:45. RFS – “Qalatasaray” - 2:2
20:45. “Ferentsvaroş” – “Tottenhem” - 1:2
20:45. “Makkabi” TƏ – “Midtulland” - 0:2
20:45. “Olimpiakos” – “Braqa” - 3:0
20:45. “Qarabağ” – “Malmö” - 1:2
20:45. “Real Sosyedad” – “Anderlext” - 1:2
20:45. “Latsio” – “Nitsa” - 4:1
20:45. “Slaviya” – “Ayaks” - 1:1
20:45. “Hoffenhaym” – “Dinamo” K - 2:0
23:00. “Atletik” – “Alkmaar” - 2:0
23:00. “Beşiktaş” – “Ayntraxt” - 1:3
23:00. “Porto” – “Mançester Yunayted” - 3:3
23:00. “Tvente” – “Fənərbaxça” - 1:1
23:00. “Viktoriya” – “Lüdoqorets” - 0:0
23:00. “Elfsborq” – “Roma” - 1:0
23:00. PAOK - FCSB - 0:1
23:00. “Union Sent Jiloaz” – “Bodo Qlimt” - 0:0
23:00. “Reyncers” – “Lion” - 1:4


Избранный
18
1
sportnet.az

3Источники