RU

Okan Buruk üzr istədi

style='margin-bottom:10px;'>

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Avropa Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində RFŞ-lə heç-heçə etdikləri matç haqqında danışıb.

QOL.az xəbər verir ki, İstanbul təmsilçisi oyunda 2:0 hesabı ilə öndə olsa da, RFŞ 2 dəfə fərqlənib və görüş bərabərliklə yekunlaşıb.

Okan Buruk buna görə "Qalatasaray" azarkeşlərindən üzr istəyib: "Məyusuq. Üzr istəyirik. Bizə yaraşmayan bir nəticə göstərdik. 2:0 hesabı ilə önə keçdiyimiz üçün qələbə qazanacağımızı düşünərək eyforiyaya qapıldıq. Rəqibə ciddi yanaşmalı olduğumuz anlar var idi. Bunu bacarmadıq. Konsentrasiya əksikliyi bizi cəzalandırdı".

Qeyd edək ki, 2 oyundan sonra "Qalatasaray" Avropa Liqasının turni cədvəlində 4 xalla 8-cidir.

Избранный
12
2
teleqraf.com

3Источники