RU

Azərbaycan və Kolumbiya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikası və Kolumbiya Respublikasının Xariciİşlər Nazirlikləri arasında video-konfrans formatında ilk konsulluqməsləhətləşmələri keçirilib.

Bu barədə Trend-ə Azərbaycanın Xarici İşlər Nazirliyindənbildirilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə AzərbaycanRespublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisiEmil Səfərov, Kolumbiya nümayəndə heyətinə isə KolumbiyaRespublikası Xarici İşlər Nazirliyinin Avropa idarəsinin rəisiPatrisiya Kortes Ortis rəhbərlik edib.

Konsulluq məsləhətləşmələri zamanı Kolumbiya ilə konsulluqsahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, ocümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanlarıbarədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, danışıqlar zamanı iki ölkə vətəndaşlarının hüquqvə azadlıqlarının qorunması, miqrasiya və daxili işlər sahələrindəəlaqələrin inkişaf etdirilməsi, rəsmi sənədlərin leqallaşdırılmasıvə ya onlara apostilin verilməsinin rəqəmsallaşdırılması, iki ölkəvətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi barədəmüzakirələr aparılıb.

Избранный
19
19
az.trend.az

10Источники