RU

Kürdə batan şəxs DSX əməkdaşı olub

Rusiya Dövlət Dumasının deputatları parlamentin aşağı palatasına müəllimləri təhqir etməyə görə inzibati məsuliyyət nəzərdə tutan qanun layihəsi təqdim edəcək.

Publika.az "İzvestiya"ya istinadən xəbər verir ki, pozuntulara görə cərimələr 700 min rubla qədər ola bilər.

Məlumata görə, təşəbbüsü təhsil komitəsinin sədr müavini Yana Lantratova, deputat Aleksandr Terentev və “Ədalətli Rusiya – Həqiqət üçün” partiyasının rəhbəri Sergey Mironov hazırlayıb.

Qanun layihəsi müəllimləri ictimai təhqirə görə cərimələri nəzərdə tutur. Vətəndaşlar üçün onların məbləği 5 ilə 20 min rubl arasında, vəzifəli şəxslər üçün - 50 ilə 100 min rubl arasında, hüquqi şəxslər üçün - 200 ilə 500 min rubl arasında olacaq. Müəllimin ünvanına təhqiramiz sözlər internetdə yerləşdirilərsə, qanun layihəsində adi vətəndaşlar üçün 10-30 min rubl, vəzifəli şəxslər üçün 100-200 min rubl, hüquqi şəxslər üçün isə 500-700 min rubl məbləğində cərimə tətbiq edilməsi təklif edilir.

Qanun layihəsi artıq baxılmaq üçün Ali Məhkəməyə və Rusiya hökumətinə göndərilib. Təhsil Nazirliyi müvafiq təşəbbüsü dəstəkləyib.

"Bu gün müəllimlərdən çoxlu şikayətlər alırıq və onların hamısı deyir ki, əksər hallarda qanun tələbələrin və valideynlərin tərəfindədir və müəllim öz problemləri ilə tək qalır", - dəyə Sergey Mironov bildirib. Onun fikrincə, hazırlanmış təşəbbüs müəllimlərin şərəf və ləyaqətinin alçaldılmasının qarşısının alınması mexanizmini yaradacaq, eyni zamanda onların cəmiyyətdəki statusunu artıracaq.

Избранный
40
26
publika.az

10Источники