RU

Dünya çempionatının seçmə mərhələsi: Millimiz son matçını keçirəcək

Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün son oyununa çıxacaq.

Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun III turunda İspaniya yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi buna qədər keçirdiyi iki görüşdə İngiltərəni 4:0, Gürcüstanı isə 7:2 hesabı ilə məğlub edib və bu nəticələrlə pley-offa vəsiqəni təmin edib.

Избранный
24
10
cbcsport.az

10Источники