RU

ABŞ-da tənəzzüllə bağlı proqnoz -"Goldman Sachs" AÇIQLADI

"Goldman Sachs" iqtisadçıları ABŞ-da bir il ərzində mümkün tənəzzüllə bağlı proqnozlarına düzəliş ediblər.

“İki sahil” “Reuters”ə istinadla xəbər verir ki, əvvəlki proqnozda göstərilən 20% əvəzinə, analitiklər indi bu ehtimalı 15% qiymətləndirirlər.

Bankın analitikləri Əmək Nazirliyinin ötən cümə günü, oktyabrın 4-də yaydığı son hesabatdan sonra proqnoza düzəlişlər ediblər. Sentyabrda altı ayda ən yüksək iş artımı qeydə alınıb və ABŞ-da işsizlik nisbəti 4,1%-ə düşüb.

Goldman Sachs-ın baş iqtisadçısı Jan Hatzius qeyd edib ki, sentyabr ayı üzrə iş yerləri hesabatı əmək bazarına baxışı dəyişdirib və narahatlıqları aradan qaldırıb.

Avqust ayına qədər Goldman Sachs-ın iqtisadçıları təxminən bir il ərzində ABŞ-da tənəzzül şansını 15% səviyyəsində qiymətləndirirdilər. Avqustun əvvəlində analitiklər proqnozlarını kəskin şəkildə pisləşdirərək, iyul ayında dərc olunan zəif iqtisadi göstəricilərə görə bu ehtimalı 25% qiymətləndirdilər. Bununla belə, artıq avqustun ortalarında iqtisadçılar proqnozlarını 20% ehtimalına uyğunlaşdırıblar.

Избранный
21
9
ikisahil.az

10Источники